Avropa Parlamentinə keçirilən seçkidə hərbi münaqişələri dəstəkləyən siyasətçilər sərt şəkildə cəzalandırılıb.
Azadmedia.az xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Edvard Snouden X sosial şəbəkəsində yazıb.
Belə ki, “Bayden üçün yaxşı əlamət deyil. Bəlkə də sülhə şans verməyin vaxtıdır”, - deyə o bildirib.
Qeyd edək ki, iyunun 6-dan 9-dək AB ölkələrində Avropa Parlamentinə seçki keçirilib. İlkin məlumatlara görə, kansler Şoltsun rəhbərlik etdiyi Almaniya Sosial Demokrat Partiyası seçkidə 14,4% səslə üçüncü yerdə, Prezident Makronun İntibah Partiyası isə 15,4% səslə ikinci yerdə qərarlaşıb və rəqiblərinə böyük fərqlə uduzub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.