Məlumata görə Snouden 2020-ci ildə Rusiya vətəndaşlığı üçün müraciət edib.
Bazar ertəsi Rusiya hökumət portalında dərc olunan rəsmi fərmanla Rusiya prezidenti Vladimir Putin NSA-nın keçmiş podratçısı Edvard Snoudenə Rusiya vətəndaşlığı verib.
Xarici kiv-lərin verdiyi məlumata görə Snouden Amerika kəşfiyyatı və kütləvi izləmə proqramları haqqında çoxlu məlumatların mediaya sızdırılmasına görə ABŞ-da casusluq və dövlət əmlakını oğurlamaqda ittiham olunur.
39 yaşlı Snouden 2013-cü ildə məxfi məlumatları ictimaiyyətə açıqladıqdan sonra əvvəlcə Honq-Konqa getsəçdə, sonra Moskvada sürgündə yaşayırdı. ABŞ-a qayıdarsa, onu ABŞ-da 30 ilə qədər həbs gözləyir.
2020-ci ilin noyabrında Snouden və həyat yoldaşı Lindsi Mills Rusiya vətəndaşlığı üçün müraciət ediblər. Ona artıq Rusiyada daimi yaşayış icazəsi verildi
Maraqlıdır ki, Putinin Snoudenə vətəndaşlıq vermək qərarı, Rusiya prezidentinin Ukraynadakı müharibəsini gücləndirməklə hədələyərək vətəndaşların “qismən səfərbər olunduğunu” elan etməsindən bir neçə gün sonraya təsadüf edir.
2016-cı ildə ABŞ Konqresi Snoudenin Rusiyaya gəlişindən sonra Rusiya kəşfiyyat rəsmiləri ilə əlaqə saxladığını bildirən hesabat yayıb. Snouden bu ittihamları dərhal rədd edərək, Twitter-də yazıb: “Mənim ruslarla əlbir olduğumu sübut olmadan iddia edirlər”.
Snouden bazar ertəsi tvitində yazıb: “Valideynlərimizdən illərlə ayrıldıqdan sonra həyat yoldaşım və mənim OĞULLARIMIZDAN ayrılmaq istəmirik. İki il gözləmədən və təxminən on il sürgündən sonra bir az sabitlik ailəm üçün fərq yaradacaq. Mən onlar üçün və hamımız üçün, məxfilik üçün dua edirəm."
Snoudenin vəkili Anatoli Kucherena bazar ertəsi xəbər verir ki, Snouden Rusiya ordusunda xidmət etmədiyi üçün Putinin elan etdiyi “qismən səfərbərliyə” məruz qalmayacaq.
“Həyat yoldaşı da vətəndaşlıq üçün müraciət edəcək”, - Kucherena RİA Novosti-yə Snoudenin həyat yoldaşı Millsə istinadən bildirib.
Vəkilin sözlərinə görə, Snoudenin Rusiya Federasiyasında doğulmuş və doğulanda Rusiya vətəndaşlığını almış övladı var.
Tərcümə etdi: Elnurə Avuşova