AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Həmin gecəni mənimlə…” – Oteldə 21 yaşlı sevgilisinin başını kəsən şəxs

  • + A
  • - A
  • 25-09-2018, 09:43

     “Həmin gecəni mənimlə…” – Oteldə 21 yaşlı sevgilisinin başını kəsən şəxs














    Abşeronda oteldə törədilən qətlin təfərrüatı məlum olub.

    “Report” xəbər verir ki, Abşeron rayonunun Fatmayı kəndi ərazisindəki “Oskar” otelində 35 yaşlı Nəriman Əliyev 21 yaşlı sevgilisi, Aysel Orucovanı 11 bıçaq zərbəsi ilə qətlə yetirib.

    Araşdırma zamanı N.Əliyevlə A.Orucovanın üç il əvvəl Pirşağada yerləşən klubların birində tanış olduğu və bu zaman ərzində tez-tez görüşdükləri məlum olub.

    Təqsirləndirilən şəxs polisə verdiyi ifadəsində hadisəni A.Orucovanın ona yalan danışdığına görə törətdiyini bildirib: “Aysel həmin gecəni mənimlə birgə keçirəcəyinə söz verdi. Ancaq verdiyi sözü tutmadı. Görüşdükdən sona yenidən çalışdığı kluba qayıtmaq istədiyini dedi. Bu zaman əsəbləşdim, digər otağa keçib bıçaq götürdüm və onu bıçaqladım. O, qan içində qıvrılırdı və öldüyünü gördükdən sonra qaçdım”

    N.Əliyev qaçsa da, Abşeron rayon Polis idarəsi və Mehdiabad polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

    Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR