AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fransa və Portuqaliyada minlərlə turist təxliyə edilib

  • + A
  • - A
  • 19-08-2024, 23:54

    Fransa və Portuqaliyada minlərlə turist təxliyə edilib

    Portuqaliyada cəmi iki həftə ərzində 3,5 min hektar meşə sahəsi məhv edilib. Madeyrada güclü külək səbəbindən yanğının öhdəsindən gələ bilmirlər. Bu barədə Azadmedia.az Euronews-a istinadən xəbər verir. 
    Meşə yanğınları bütün Avropaya yayıldı.
    Fransanın cənub-qərbindəki Ero departamentində 350 hektar şam meşəsi yanıb, bu da orada istirahət edən turistləri karvanlarını və çadırlarını təhlükəsiz yerlərə təxliyə etməyə məcbur edib.
    Səlahiyyətlilər yanğının sonda nəzarət altına alındığını və söndürüldüyünü bəyan ediblər.
    Portuqaliyada avqust ayı artıq il ərzində rekord ziyan vurub – cəmi iki həftə ərzində yanğın 3,5 min hektar meşəni məhv edib.
    Madeyra arxipelaqının adalarından birində üç cəbhədə yanğın davam edir. Yanğın əhalinin məskunlaşdığı ərazilərə çatıb - azı 160 nəfər təxliyə edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR