AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Sağlam Vərdişlər - Gənclər üçün sağlam həyat tərzi çat-bot” layihəsi həyata keçirildi

  • + A
  • - A
  • Bu gün, 14:51

    “Sağlam Vərdişlər - Gənclər üçün sağlam həyat tərzi çat-bot” layihəsi həyata keçirildi


    Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlam Vərdişlər - Gənclər üçün sağlam həyat tərzi çat-bot” layihəsi həyata keçirilmişdir.

    Azərbaycan Respublikasının Gənclər Fondu sağlam həyat tərzinin gənclər arasında təşviqinə yönəlmiş innovativ layihəni dəstəkləmişdir. Layihənin təşəbbüskarı tələbə Ziya Əlyarbəyov olmuşdur. Müasir rəqəmsal alət olan “Qayğı” 24/7 fəaliyyət göstərən çat-bot vasitəsilə gənclərdə düzgün vərdişlərin formalaşmasına kömək edəcəkdir. Layihənin icrasında səhiyyə, psixologiya, davranış üzrə mütəxəssislərin, eləcə də süni intellekt və UX/UI dizayn sahəsində ixtisaslaşmış peşəkarların iştirakı təmin edilmişdir. Bununla yanaşı, Ümidli Gələcək İctimai Birliyi, GEM CSR Consulting və Uşaq Qaynar Xətti təşkilatları tərəfdaş qismində iştirak etmişlər. Layihənin əsas ideyası sağlam həyat tərzini formalaşdıran vərdişlərin daim dəstəklənməsi, etibarlı məlumat və motivasiya ilə daha asan qazanılmasından ibarətdir. Yaradılmış çat-bot gənclərə gündəlik vərdişlərini izləməyə, fərdi tövsiyələr almağa, xatırlatmalar və interaktiv tapşırıqlar vasitəsilə sağlam davranışları möhkəmləndirməyə imkan verəcək. Layihənin icrasının ilkin mərhələsində tibb mütəxəssislərin, psixoloqların və digər ekspertlərin iştirakı ilə konsepsiya hazırlanmış, daha sonra çat-bota interaktiv öyrənmə sistemi, motivasiya funksiyaları və istifadəçi dostu interfeys əlavə edilmişdir. Növbəti mərhələdə layihə Bakıdakı məktəblər, universitetlər və gənclər təşkilatlarından seçilmiş məhdud qrup üzərində sınaqdan keçirilməsi planlaşdırılır. Sağlam həyat tərzinin təşviqi bu gün Azərbaycan üçün xüsusilə aktualdır. Müasir araşdırmalar göstərir ki, gənclər arasında stress və yüklənmə səviyyəsi artır, fiziki aktivlik isə azalır. Bu isə gələcəkdə xroniki xəstəliklərin artmasına gətirib çıxara bilər. Rəqəmsal texnologiyalardan profilaktika məqsədilə istifadə gənclərlə onların anladığı dildə danışmaq və sağlam həyat vərdişlərini əlçatan, maraqlı etmək deməkdir. Layihənin fərdi təşəbbüskarı və icraçısı “Rəqəmsal texnologiyaların gənclərin inkişafına xidmət etməsi və bununla da hər bir gəncin daha sağlam və şüurlu həyata addım atması üçün şərait yaradacağını hesab edir. Bu təşəbbüs yalnız sağlamlıq mədəniyyətinin yayılmasına deyil, həm də dövlət dəstəyi ilə vətəndaş cəmiyyəti əməkdaşlığının sosial problemlərə innovativ həllər gətirə biləcəyinə nümunə olacaqdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR