AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

MKOSS-ların dövlət satınalmalarında iştirakının artırılması məqsədilə təlimlərə start verilir - FOTO

  • + A
  • - A
  • Dünən, 22:45

    MKOSS-ların dövlət satınalmalarında iştirakının artırılması məqsədilə təlimlərə start verilir - FOTO


    İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyi tərəfindən “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalaırnda rəqabətliyinin artırılması” layihəsi çərçivəsində 5 regionda “Dövlət satınalmalarının təşkili və idarə olunması mövzusunda təlimlərə başlayır.

    QHT.az-a açıqlama verən Birliyin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, təlimlərin əsas məqsədi Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (MKOSS) dövlət satınlalmarında iştirakçılığın artırılması istiqamətində dövlət satınalmalarında biznesin səmərəli faydalanmasını təmin edilməsi, sahibkarların satınalma proselərinə dair məlumatlarının bilik və bacarıqlarının artırılmasıdır:

    "Təlim bu sahədə praktik təcrübəyə malik peşəkar təlimçilər tərəfindən sahibkarlara təqdim ediləcək. Sahibkarların məlumatlarının dərinləşməsi və özünümarifləndirmə prosesinin daha da təkmilləşdirilməsi üçün onlara satınalma proseslərinin hüquqi və praktiki məsələrini əhatə edən kitabla təmin ediləcəklər. Təlimlərə KOBİA tərəfindən təşkilati dəstək verilmişdir. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra edilir".

    Pərvanə Fərhadqızı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR