Gəncədə 3 yaşlı uşaq yıxılaraq ölüb
Gəncədə üç yaşlı uşaq çoxmərtəbəli binadan yıxılaraq ölüb.
2022-ci il təvəllüdlü M.M. ehtiyatsızlıqdan binanın 7-ci mərtəbəsindən yıxılıb. Uşaq xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.