AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Prava” almaq adı ilə vəzifəli şəxsi aldatdı – TƏFƏRRÜAT

  • + A
  • - A
  • 9-10-2018, 11:50

    “Prava” almaq adı ilə vəzifəli şəxsi aldatdı – TƏFƏRRÜAT














    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Azər Əzizovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Oxu.az” xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

    İttihama münasibət bildirən A. Əzizov özünü təqsirli bilib.

    O, zərərçəkmişlərə vurulan ziyanı ödəyəcəyini deyib.

    İttihama görə, indiyədək dörd dəfə məhkumluq həyatı yaşamış A. Əzizov qonşusu, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət aparan, kapitan Səməd Səmədovun qardaşı Fizuli Səmədliyə sürücülük vəsiqəsi lazım olduğunu eşidərək, onunla münasibət
    Zamanda S. Səmədovun etibarını qazanaraq, pul müqabilində sürücülük vəsiqəsi düzəldə biləcəyini deyib. O, Respublika Dövlət Yol Polisi İdarəsində işləyən tanışları vasitəsilə bu işi görəcəyini bildirərək, sonuncudan 860 manat məbləğində pul alıb. Lakin sonradan vədinə əməl etməyib.

    Bundan başqa, A. Əzizov təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə S. Səmədovun tanışı Məhərrəmov Mərdan adlı zərərçəkmişdən 60 manat müqabilində guya sürücülük kursunda iştirak etdiyi barədə qanunsuz sənəd hazırlamaq, 800 manat isə sürücülük vəsiqəsi düzəltmək üçün pul alıb.

    Bu yolla Azər Əzizov ümumilikdə 10-dan çox adamın pulunu alaraq dələduzluq edib.

    A.Əzizov zərərçəkmiş şəxslərin şikayəti əsasında həbs olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR