AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda oğru dəstə evə basqın etdi – Ev sahibi və qonşuları yaraladı

  • + A
  • - A
  • 30-10-2018, 11:02

    Bakıda oğru dəstə evə basqın etdi – Ev sahibi və qonşuları yaraladı















    Bakıda mütəşəkkil dəstə evə basqın edib.

    Trend xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib.

    Paytaxt sakinləri, Həsənov Məmməd Həmzə oğlu tanışı Əlizadə Vüsal Saleh oğlu ilə birlikdə Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova küçəsi, ev 1a ünvanında Günay Bəşirovaya məxsus evə daxil olaraq oradan 2500 manatlıq qızıl-zinyət əşyaları götürüb hadisə yerindən qaçarkən ev sahibəsi ilə qarşılaşıb. G.Bəşirova oğrulara mane olmaq üçün qonşuları çağırsa da, oğruları yaxalamaq mümkün olmayıb.

    Evi qarət edənlər G.Bəşirova və ona köməyə gələn bir neçə nəfərə xəsarət yetirərək hadisə yerindən qaçıblar.

    Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsilə cinayət işi başlanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR