Ağcabədi rayonu Xocavənd kəndində baş verən qəzada 6 nəfər həyatənı itirib.
Dünən Ağcabədi rayonu Xocavənd kəndində baş verən qəzada həyatını itirən 5 nəfəri Boyat kənd sakinləri olub.
Onlar Ağcabədinin kəndlərindən birində yas mərasimi üçün çadır quraşdıraraq geriyə-yaşadıqları əraziyə qayıdarkən bədbəxt hadisə ilə üzləşiblər.
Bildirilir ki, hadisənin baş verdiyi yolda sürət həddi saatda 70 kilometr olsa da, avtomobillərdən biri daha sürətlə hərəkət edərək arxadan “VAZ” markalı avtomobilə çırpılıb. Nəticədə idarəetmədən çıxan avtomobil yolun əks hərəkət istqamətinə çıxıb və qarşıdan gələn digər avtomobillə yenidən toqquşub. Nəticədə “VAZ”da olan Hüsiyev Vüsal Məmməd oğlu (1990), Əmrahov Sənan Aqil oğlu (1991), Aslanov Azər Fəyyaz oğlu (1992), Ələsgərov Asiman Yaşar oğlu (2007) və Aslanov Elbəy Mövsüm oğlu həlak olub.
Həmin şəxslərdən Sənan Əhmədov evin tək oğul övladı imiş. Qəzada onun bacısının həyat yoldaşı Azər də həyatını itirib.
***
Bu gün səhər havanın aydınlaşmasından sonra hadisə yerindən 1992-ci il təvəllüdlü Fəxri Rzayevin də meyiti tapılıb.
Onun dəhşətli qəza zaman “Kia” markalı avtomobildən yaralı halda çıxaraq yolun kənarına düşməsi və orada ölməsi məlum olub. 33 yaşlı kişinin meyiti tapıldığı yerdən götürülərək aidiyyəti üzrə təhvil verilib.
Beləliklə, qəzada ölənlərin sayı 6-ya çatıb. //Qafqazinfo
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.