Azərbaycanlı müğənninin səhnədə ağzı cırıldı – FOTO
Opera müğənisi İlham Vəliyev Yekaterinburqda “Karmen” operasının tamaşasındakı ifası zamanı ağzı cırılıb.
Avropa.info xəbər verir ki, hadisənin baş verməsi barədə İlham Vəliyevin özü danışıb.
Onun sızlərinə görə, hadisə səhnədə “Karmen”in qəhrəmanının əsgər Xose ilə təkbətək döyüşü zamanı baş verib.
Müğənni bildirib ki, əvvəllər belə hadisə olmayıb. “O zamanlar bütün döyüş səhnələri və tryuklar professional kaskadyorlar tərəfindən icra olunurdu. Truppa dəfələrlə səhnədə çıxış edib, lakin belə və buna oxşar hadisələrlə rastlaşmayıb. Ancaq Yekatrenburqda belə bir hadisə ilə üzləşdik və hadisələr istədiyimiz kimi getmədi”,- İ.Vəliyev bildirib.
Yaralanmasına baxmayaraq, müğənni tamaşada sonadək çıxış edib. Çıxışından sonra xəstəxanaya yerləşdirilib və ağzına tikiş qoyulub.
Qeyd edək ki, İlham Vəliyev 1975-ci ildə Başqırdıstanda anadan olub.