“Crocus City Hall”da törədilən terror aktının təşkilində Mərkəzi Asiya ölkələrinin 6 vətəndaşı iştirak edib.
“RİA Novosti” xəbər verir ki, bunu Rusiya İstintaq Komitəsinin (İK) rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.
“Bəziləri təxəllüslə olan altı Mərkəzi Asiya vətəndaşı terror aktının təşkilində bilavasitə iştirak edib”, - deyə Təhlükəsizlik Xidmətinin nümayəndəsi bildirib.
İdarə terror aktının təşkilatçılarının xaricdə olduqları üçün qiyabi həbs edildiyini bildirib. İstintaqla müəyyən edilib ki, adıçəkilən vətəndaşlar hücumu törədən 4 nəfər – Dalerjon Mirzəyev, Məhəmmədsobir Fayzov, Şəmsidin Fəriduni və Səidəkrami Raçabalizodu üçün xaricdə işə cəlb edilərək təlimlər təşkil ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.