AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Argentinada Şambhala Aşram təriqətinin yaradıcısı saxlanılıb

  • + A
  • - A
  • 31-03-2025, 21:56

    Argentinada Şambhala Aşram təriqətinin yaradıcısı saxlanılıb

    “Aşram Şambhala” sektasının yaradıcısı Konstantin Rudnev Argentinada insan alverində şübhəli bilinərək saxlanılıb. Bu barədə “Infobae” portalı məlumat yayıb.

    Rudnevlə birlikdə San Karlos de Bariloşe şəhərində 6 rusiyalı qadın saxlanılıb. Bundan əlavə, Rusiya səfirliyi insan alverində şübhəli bilinən şəxslərin saxlanmasını təsdiqləyib. Diplomatların sözlərinə görə, Argentina təhlükəsizlik qüvvələrinin onlara verdiyi siyahıda 13 nəfər var.

    Jurnalistlərin yazdığına görə, saxlanarkən Rudnev özünə xəsarət yetirməyə çalışıb.

    Rusiyada Şambhala Aşramın yaradıcısı vətəndaşların hüquqlarını pozan təriqət təşkil etdiyinə görə, həmçinin zorlama və qanunsuz narkotik saxlama ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. O, 2021-ci ildə azad edilib. 2024-cü ilin oktyabrında Monteneqroda "Aşram Şambhala" yuvası aşkar edilib. Qonaqların bir neçə otaqdan gələn qəribə səslərdən şikayət etməsindən sonra Zabljak şəhərindəki oteldə polis əməliyyatı keçirilib. Məlum olub ki, oteldə “ritual” porno çəkilirmiş və otaqda bir neçə yüz SİM kart, onlarla kredit kartı, noutbuk və mobil telefonlar, həmçinin 70 min avro nağd pul tapılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR