AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ötən gün Cəbrayılda minaya düşən şəxsin sol ayağı amputasiya edilib

  • + A
  • - A
  • 7-04-2025, 16:34

    Ötən gün Cəbrayılda minaya düşən şəxsin sol ayağı amputasiya edilib

    TƏBİB Cəbrayılda minaya düşən ANAMA əməkdaşının vəziyyətini açıqlayıb.

    Qurumun məlumatına görə, aprelin 6-da saat 10:15 radələrində Cəbrayıl rayonu Mehdili kəndində baş verən partlayış nəticəsində xəsarət alan 1991-ci il təvəllüdlü Xankişiyev Heydər Əli oğlu xəsarət alıb.

    Yaralı Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub, ona sol aşağı baldır oynağı və ayaq səviyyəsində travmatik amputasiya diaqnozu təyin edilib.

    Məlumatda qeyd edilib ki, pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra Bakı şəhərində yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR