AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda arvadını 5-ci mərtəbədən atan vəzifəli şəxslə bağlı QƏRAR

  • + A
  • - A
  • 13-12-2018, 09:43

    Bakıda arvadını 5-ci mərtəbədən atan vəzifəli şəxslə bağlı QƏRAR















    Bakıda həyat yoldaşını yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq öldürən Ramiz Taxvelinin barəsində həbs-qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.

    Bu gün Nəsimi rayon Məhkəməsində təqdimat təmin edilib.

    Ramiz Taxvelinin barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, dekabrın 9-da Nəsimi rayonu ərazisində Adeliya Taxvelinin yaşadığı mənzilin eyvanından özünü atması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən istintaq və əməliyyat tədbirləri görülüb.

    Araşdırmalarla Adeliya Taxvelinin münaqişə zəminində əri Ramiz Taxveli tərəfindən qəsdən eyvandan atılması müəyyən edilib. Ramiz Taxveli tutulub.
    Ona məxsus “Lexus” markalı avtomobilə baxış zamanı 5,647 qram marixuana aşkar edilərək götürülüb.

    Qətlə yetirilən Adelya Taxveli “Atəşgah Sığorta” şirkətinin əməkdaşı olub. Onun anası Gənclər və idman naziri Azad Rəhimovun xalası qızıdır.

    Qətli törədən Ramiz Taxveli isə “Buta Palas”ın art direktoru olub.

    R.Taxveli tanınmış Azərbaycan müğənnisi, Azərbaycan SSR Xalq Artisti Gülağa Məmmədovun qızının övladıdır. (publika.az)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR