AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayət və hadisələr

  • + A
  • - A
  • 21-05-2025, 10:51

    Sutka ərzində baş verən cinayət və hadisələr

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,

    - Mayın 20-də ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
    - Axtarışda olduğuna görə ümumilikdə 102, o cümlədən borclu şəxs qismində axtarışda olan 69 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
    - Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
    - Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb.
    **

    *Naməlum nömrələrdən gələn zəng və mesajlara qarşı diqqətli olun, təhlükə var*

    Bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 20-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 1560, 1300, 1000, 799, 750, 600, 510, 419, 381, 71 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
    Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır.
    **

    Polis əməkdaşlarının mayın 20-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
    **

    Mayın 20-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
    **

    *Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 20-də ümumi çəkisi 1,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.*
    Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
    **

    Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
    Mayın 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 6 qumbara, 5 tüfəng, 8 patron darağı və 721 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR