NBC News xəbər verir ki, ABŞ-da mütəşəkkil cinayətkar qrupun üzvləri Amazon saytından dəyəri 83 milyon dollardan çox olan malların oğurlanmasında ittiham olunublar.
Ədliyyə Nazirliyinin məlumatlarına görə, 2021-ci ildən başlayaraq cinayətkarlar bütün Kaliforniya ştatında cinayət sxemi həyata keçiriblər. Onlar özlərini əsl yük maşını sürücüsü kimi göstərərək istehsalçıların Amazon üçün nəzərdə tutulan anbarlarından mal çıxarıblar.
Ədliyyə Nazirliyi bəyan edib ki, fırıldaqçılar 4 nəqliyyat şirkətini - AK Transportation, NBA Holdings, Belman Transport və Markos Transportation-u idarə ediblər və onlar yük maşınlarının işə götürülməsi üçün istifadə etdikləri Amazon Relay proqramından müqaviləli yük marşrutları almışlar.
Ədliyyə Nazirliyinin rəsmiləri təqsirləndirilən şəxsləri bir sıra digər iddia edilən cinayətlərlə, o cümlədən adam öldürməyə cəhd, adam oğurluğu, qanunsuz odlu silah saxlama və səhiyyə sahəsində dələduzluqla əlaqələndiriblər. 13 müttəhimin Los-Ancelesdəki rayon məhkəməsi, bir nəfərin isə Florida ştatının Fort Lauderdeyl məhkəməsi qarşısına çıxacağı gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.