Kür çayının səviyyəsi artdı
Kür çayının səviyyəsində artım müşahidə olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Minval.İnfo-ya daxil olan məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 85-95, Kiçik Qafqazın çaylarında 40-180, Lənkəran-Astara bölgəsi çaylarında isə orta hesabla 75-145 faizini təşkil edir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub.
Kür çayının aşağı axınında isə suyun səviyyəsində əsasən artım müşahidə olunub.