Hindistanda ən azı 45 nəfər Hindistanın şimalındakı Uttar Pradeş ştatının 13 rayonunda güclü külək, dolu və şimşək çaxmasının qurbanı olub. Bu barədə TASS xəbər verir.
“The Times of India” qəzetinin yazdığına görə, yağışlar kənd yaşayış məntəqələrinə və kənd təsərrüfatı infrastrukturuna xeyli ziyan vurub. Uttar Pradeş əyalətinin hakimiyyət orqanları zərərçəkənlərə maddi yardım göstərildiyini açıqlayıb.
Hindistanın meteoroloji bürosunun məlumatına görə, həftənin sonuna kimi Hindistanın şimalında və digər bölgələrində güclü yağışlar gözlənilir. Qərbi Maharaştra ştatının bir sıra rayonlarında sürəti saatda 60 km-ə çatacaq proqnozlaşdırılan güclü yağıntı və külək səbəbindən hava şəraitinin "qırmızı" və "narıncı" səviyyələrində təhlükə elan edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.