Avqustun 12-də Laçın rayonu ərazisində qətl hadisəsi törədilib.
Səfər Quliyev adlı şəxs ov tüfəngi ilə qətlə yetirilib.
Polis cinayət əməlini törətməkdə şübhəli bilinən, S.Quliyevin qardaşı, 1973-cü il təvəllüdlü Xasay Quliyevi saxlayaraq istintaqa təhvil verib.
Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
Araşdırmalar aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.