AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı–Şamaxı yolunda təkər partlaması qəza ilə nəticələndi – BDYPİ-dən xəbərdarlıq

  • + A
  • - A
  • Bu gün, 10:24

    Bakı–Şamaxı yolunda təkər partlaması qəza ilə nəticələndi – BDYPİ-dən xəbərdarlıq

    Bu gün, 05.10.2025-ci il tarixdə səhər saat 06:30 radələrində Bakı–Şamaxı avtomobil yolunun 21-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş vermişdir. İlkin araşdırmaya əsasən, “Hyundai” markalı avtomobil hərəkətdə olan zaman təkərlərdən birinin partlaması nəticəsində sürücü avtomobil üzərində idarəetməni itirmiş və nəqliyyat vasitəsi yolun kənarında dayanan piyadanı vurmuşdur.

    Hadisə nəticəsində piyada xəsarət almışdır.
    Qeyd edək ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi sürücülər yenə də nəqliyyat vasitələrinin texniki sazlığına, xüsusilə də təkərlərin vəziyyətinə yetərincə diqqət yetirmir və belə laqeyd yanaşma sonda qəzaların baş verməsini qaçılmaz edir.

    Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırır ki, təkərlərdə protektorun normadan artıq aşınması, təzyiqin düzgün olmaması və ya digər texniki nasazlıqlar hərəkət zamanı idarəetmənin itirilməsi və ağır yol-nəqliyyat hadisələrinin baş verməsi ilə nəticələnir. Bu səbəbdən avtomobillərin saz vəziyyətdə saxlanılması yalnız qayda deyil, həm də yol hərəkətində təhlükəsizliyin əsas təminatıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR