Bu ilin fevralında Bakının Suraxanı rayonu Hövsan qəsəbəsində məktəbin qarşısında keçmiş həyat yoldaşına ağır xəsarətlər yetirən şəxsin məhkəməsi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 56 yaşlı Ə.Atakişiyevə hökm oxunub.
Məhkəmə onu Cinayət Məcəlləsinin 29.120.2.2-ci (xuliqanlıq niyyətilə adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilib və 15 il 3 ay müddətə həbs cəzası verib.
Qeyd edək ki, hadisə vaxtı 1973-cü il təvəllüdlü G.Həmidovaya boğaz nahiyəsindən kəsici alətlə xəsarət yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən, G.Həmidovanın 56 yaşlı keçmiş həyat yoldaşı Ə.Atakişiyev Suraxanı RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə G.Həmidova işlədiyi məktəbdən çıxıb evə gedərkən baş verib. O, həmin məktəbdə xadimə işləyib.
Məlum olub ki, cütlük 2024-cü ilin fevralında boşanıb. Bundan sonra Ə.Atakişiyev keçmiş arvadından evlilik dövründə ona və övladlarına xərclədiyi pulları geri qaytarmasını tələb edib. Qadın keçmiş ərinə pul verməyəcəyini dedikdən sonra məlum hadisə baş verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.