AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Polisə silahlı müqavimət göstərən şübhəli zərərsizləşdirilib saxlanıldı

  • + A
  • - A
  • Bu gün, 15:37

    Polisə silahlı müqavimət göstərən şübhəli zərərsizləşdirilib saxlanıldı

    Bakıda polisə kəsici alətlə müqavimət göstərən şübhəli şəxs saxlanılıb.

    DİN-in Mətbuat Xidmətindən bildirilib ki, gecə saatlarında narkotik vasitələrlə əlaqəli şübhəli şəxs saxlanılarkən cinayət təqibindən yayınmağa çalışıb.

    *Əvvəllər dəfələrlə məhkum olunan 1986-cı il təvəllüdlü Rahib Məmmədov əlindəki kəsici alətlə (rezakla) polis əməkdaşlarına müqavimət göstərib.*

    *Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, şübhəli müqaviməti davam etdirdiyinə görə polis tərəfindən xidməti tabel silahı tətbiq edilməklə zərərsizləşdirilib. Ona ilkin tibbi yardım göstərilməklə müvafiq xəstəxanaya yerləşdirilib.*

    *Onun üzərindən külli miqdarda narkotik vasitə aşkarlanaraq götürülüb.*

    *Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq hərəkətləri aparılır.*


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR