Bişkek hava limanında terror aktı təhlükəsi ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib
Terror təhlükəsi ilə əlaqədar Bişkek hava limanında təhlükəsizlik tədbirləri gücləndirilib. Bu barədə TASS "Qırğızıstan Hava Limanları" ASC-nin mətbuat xidmətinə istinadən xəbər verir.
Onlar bildiriblər ki, hava limanının mühafizə xidməti hava limanının binasına və ətraf əraziyə hərtərəfli baxış keçirir.
Hazırda Manas hava limanı adi iş rejimində işləyir. Hava kompleksində nəzarəti gücləndirmək və ictimai asayişi qorumaq üçün əlavə qüvvələr cəlb olunub.
Bundan əvvəl Qırğızıstan polisinin Ukrayna vətəndaşının təhdidlərindən sonra Bişkek məktəblərində təhlükəsizlik tədbirlərini gücləndirdiyi bildirilirdi.
Bişkek Dövlət Daxili İşlər İdarəsi bildirib ki, hədə-qorxu gələn şəxs 2005-ci il təvəllüdlü Ukrayna vətəndaşı Yaroslav Ovsyukdur. Əvvəllər o, telefon terrorizminə görə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin beynəlxalq axtarışında elan edilib.
İdarədən bildirilib ki, məktəblərə baxış keçirilib və onlarda şübhəli əşyalar və təhlükəsizlik təhdidləri aşkar edilməyib.
Oktyabrın 17-də Bişkek məktəbləri distant formatda fəaliyyət göstərəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.