Ucarda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Qazıqumlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “QAZ 53” markalı yük maşını idarəetmədən çıxaraq aşıb.
Hadisə nəticəsində sürücüsü 62 yaşlı Ələddin Nuriyev və sərnişini müxtəlif dərəcəli xəsarətlərlə rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.