AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Füzuli Dövlət Dram Teatrının direktoru vəfat edib

  • + A
  • - A
  • 4-11-2025, 21:23

    Füzuli Dövlət Dram Teatrının direktoru vəfat edib

    Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev vəfat edib.

    Bu barədə onun oğlu Səbuhi Vaqifoğlu məlumat verib.

    Onun sözlərinə görə, bu gün günorta saatlarında müalicə aldığı xəstəxanadan evə buraxılan atasının halı qəfildən pisləşib və vəfat edib.

    Qeyd edək ki, Vaqif Vəliyev 1958-ci il noyabrın 21-də Füzuli şəhərində anadan olub.

    O, 1983-1988-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda Mədəni-maarif fakultəsində təhsil alıb.

    1981-1989-cu illərdə Füzuli rayon Mədəniyyət evində dram dərnəyinin rəhbəri və direktoru vəzifələrində fəaliyyət göstərən Əməkdar mədəniyyət işçisi 1989-cu ildən bu günə kimi Füzuli Dövlət Dram teatrının direktoru vəzifəsində çalışıb.(Report)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR