AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zənglə kartlarımıza müdaxilə olunur? - DİN-dən açıqlama

  • + A
  • - A
  • Bu gün, 18:42

    Zənglə kartlarımıza müdaxilə olunur? - DİN-dən açıqlama

    Sosial şəbəkələrdə “9990” və “7770” nömrələrindən gələn zənglərlə bağlı çağırış xarakterli məlumatlar, eləcə də həmin zəngləri cavablandıran şəxslərin məlumatlarının oğurlandığı barədə iddialar yayılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, daxil olmuş müraciətlər üzrə aparılan ilkin araşdırmalar zamanı bank kartlarına müdaxilə, hesablardan pul vəsaitlərinin oğurlanması və ya vətəndaşların şəxsi məlumatlarının ələ keçirilməsi ilə bağlı hər hansı fakt aşkarlanmayıb.

    Hazırda DİN-in aidiyyəti baş idarəsi tərəfindən araşdırmalar davam etdirilir.

    Araşdırmaların nəticələrinə əsasən xüsus olacağı təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR