AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xaricdə iş vədi ilə dələduzluq edən şəxs saxlanıldı

  • + A
  • - A
  • 16-11-2025, 14:15

    Xaricdə iş vədi ilə dələduzluq edən şəxs saxlanıldı

    Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə insanların etimadından sui-istifadə edərək onları işə düzəltmək adı altında aldadan Tural İslamov saxlanılıb.

    Dİn-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, araşdırmalarla adıçəkilən şəxsin “WhatsApp” ani mesajlaşma proqramında yaradılan “İş elanları” qrupunda vətəndaşları xaricdə yüksək məvacibli işlə təmin edəcəyinə söz verərək onların pullarını ələ keçirdiyi müəyyən edilib.
    Faktla bağlı cinayət işi başlanılıb, T.İslamov barəsində həbs qətimkan tədbiri seçilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR