AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Livanda ordu əməliyyat keçirib və ölkənin ən böyük narkotik satıcısı saxlanıb

  • + A
  • - A
  • Bu gün, 21:08

    Livanda ordu əməliyyat keçirib və  ölkənin ən böyük narkotik satıcısı saxlanıb

    Livanda ordu əməliyyat keçirib və nəticədə ölkənin ən böyük narkotik satıcısı kimi tanınan Nuh Zayter saxlanılıb. Bu barədə Livanın "Əl-Cədid" telekanalı məlumat verib.

    "Nuh Zayter Livan ordusu tərəfindən Baalbekdə xüsusi əməliyyat nəticəsində saxlanılıb", telekanal xəbər verir.

    Nuh Zayter ölkənin ən təhlükəli və nüfuzlu cinayətkarlarından biri kimi tanınır. O, Livanın şərq hissəsində yerləşən Bekaa vadisində narkotik istehsalı və qanunsuz ticarəti ilə məşğul olan böyük bir şəbəkəyə rəhbərlik edir. Zayter silahlı qruplar üzərində nəzarəti və bölgədəki təsiri sayəsində uzun müddət həbsdən uğurla yayınıb.

    Bəzi media onun fəaliyyətinin müxtəlif siyasi qüvvələrlə əlaqəli olduğunu iddia edirdi. Livan hərbi məhkəməsi əvvəllər Zayteri narkotik və silah qaçaqmalçılığına, eləcə də silahlı münaqişələrdə iştiraka görə qiyabi olaraq ömürlük həbs cəzasına məhkum etmişdi.

    16 noyabrda YouTube ulduzu Cek Doherti ABŞ-da narkotik saxlamaq ittihamı ilə həbs edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR