AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xəzərin çəkilməsi nəticəsində Lənkəranda qədim meşə qalıqları üzə çıxıb - FOTO

  • + A
  • - A
  • 21-11-2025, 12:10

    Xəzərin çəkilməsi nəticəsində Lənkəranda qədim meşə qalıqları üzə çıxıb - FOTO


    Lənkəran rayonunun Kənarmeşə kəndi ərazisində Xəzər dənizinin geri çəkilməsi nəticəsində illərdir suyun altında qalmış qədim meşə qalıqları üzə çıxıb.

    Dənizin içində qayalıq kimi görünən çıxıntıların əslində nəhəng ağac kökləri olduğu məlum olub. Yerli sakinlərin sözlərinə görə, bu ərazidə bir vaxtlar geniş palıd meşələri mövcud olub və Kənarmeşə kəndinin adı da buradan qaynaqlanır.

    Üzə çıxan kök qalıqlarının diametri 3–4 metrə qədər çatır. Mütəxəssislər bu ağacların yüz illər yaşı olan palıdlar olduğunu və uzun müddət Xəzərin duzlu suyunda qalmalarına baxmayaraq, tam çürümədiklərini bildirirlər.

    Suyun çəkilməsi ilə bir neçə ərazidə qırılmış iri ağac gövdələrinə də rast gəlinib. Faktlar göstərir ki, Xəzər dənizi əsrlər boyu sahilə doğru irəlilədiyi torpaq sahəsindən geri çəkildikcə bir zamanlar mövcud olan meşə zolağının izləri yenidən görünür. (APA)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR