AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sabiq icra başçısının oğlu kənd sakinini bu səbəbdən güllələdi

  • + A
  • - A
  • 16-01-2026, 16:38

    Sabiq icra başçısının oğlu kənd sakinini bu səbəbdən güllələdi

    Yevlax rayonunda baş verən silahlı insidentin bəzi təfərrüatları məlum olub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə yanvarın 16-da rayonun Qoyunbinəsi kəndində qeydə alınıb.
    Belə ki, kənd sakini, 1980-ci il təvəllüdlü Qoşqar Novruzova məxsus mal-qara 1987-ci il təvəllüdlü Zaur Səmədovun əkin sahəsinə daxil olub. Bitkilərə ziyan dəyməsi tərəflər arasında mübahisəyə səbəb olub.
    Mübahisə zamanı Zaur Səmədov özünə məxsus ov tüfəngi ilə Qoşqar Novruzova atəş açaraq onu ayağından yaralayıb.
    Hadisəni törətməkdə şübhəli bilinən Z.Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.
    Qeyd edək ki, Zaur Səmədov Yevlaxın sabiq icra başçısı, 2019-cu ildə korrupsiya ittihamı ilə həbs edilmiş və 2023-cü ildə vəfat etmiş Qoca Səmədovun oğludur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR