Bakıda DƏHŞƏT — 58 yaşlı kişi evində diri-diri yandı
Xəzər rayonunda mənzildə yanğın hadisəsi baş verib.
Hadisə Xəzər rayonunda baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 100 kv metr olan 3 otaqlı evin 43 kv metri içərisindəki aşyalarla birlikdə yanaraq yararsız hala düşüb. Hadisə yerinə gəən FHN-nin Yanğından Mühafizə Xidmətinin əməkdaşları alovun qarşısını alaraq yanğının digər tikililərə keçməsinin qarşısını alıblar. Yanğının kəşfiyyatı zamanı evdə 1961-ci il təvəllüdlü Məmmədov Qurban Məmmədtağı oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.