Bakının Nizami rayonunda gənc qız tanıdığı şəxs tərəfindən ölümlə hədələnib.
APA xəbər verir ki, bu barədə zərərçəkən özü polisə şikyət edib.
Belə ki, 1996-ci il təvəllüdlü S.Məmmədova Xətai Rayon Polis İdarəsinə müraciət edib ki, Babək prospekti 94 ünvanında yaşadığı evin yaxınlığında İbrahim adlı şəxs onu ölümlə hədələyib.
Faktı Xətai RPİ-nin əməkdaşları araşdırır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.