AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

FHN iflic olaraq 10 saat köməksiz qalan şəxsin həyatını xilas edib

  • + A
  • - A
  • 9-09-2019, 09:43

    FHN iflic olaraq 10 saat köməksiz qalan şəxsin həyatını xilas edib

    İflic olaraq 10 saat köməksiz vəziyyətdə qalan Mingəçevir sakinin həyatı FHN əməkdaşları tərəfindən xilas edilib.

    APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin Mehdi Hüseyn küçəsi, bina 20, mənzil 7 ünvanında baş verib.

    Qohumların və qonşuların müraciəti əsasında FHN-in xilasetmə qrupu qapısı bağlı vəziyyətdə olan həmin ünvandakı mənzilə daxil olub. 1955-ci il təvəllüdlü Məmmədov Ramiz Abdulla oğlunu hərəkətsiz və ağır durumda aşkar edib. Dərhal hadisə yerinə Təcili tibbi yardım briqadası və hüquq-mühafizə orqanları əməkdaşları cəlb edilib.

    İlkin müayinə zamanı məlum olub ki, o, qəfil iflic olduğundan heç kəsə xəbər verə bilməyib. O da məlum olub ki, ev sakini 10 saata yaxın köməksiz vəziyyətdə qalıb. Həyatı xilas edilən Mingəçevir sakini dərhal xəstəxanaya yerləşdirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR