Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, Azadlıq prospektində 13 yaşlı Murad adlı şəxs 1992-ci il təvəllüdlü Məmmədov Rəşad Namiq oğluna bıçaqla xəsarət yetirib.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Məlum olub ki, R.Məmmədova 7 bıçaq zərbəsi vurulub. Vəziyyətinin ağır olduğu bildirilir.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları hadisəni törədən yeniyetməni saxlayıb.
O, ilkin izahatında bildirib ki, R.Məmmədov anasına mesajlar yazıb.
Hadisənin təfərrüatı araşdırılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.