Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilən Zeynəb Ən-Nəimənin növbəti məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan məhkəmədə təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib. O, müvəkkilinə verilən maddənin düzgün tövsif edilmədiyini bildirib. Onun rəsmi əri ərəb millətindən olan şəxs narkotik vasitələrin satışı maddəsi ilə həbs edilib. Zeynəb isə sadəcə narkotik vasitənin istifadəçisi olub. Azyaşlı bir övladı var, hazırda anasının himayəsindədir. O isə uşağa lazımi qulluq edə bilmir. Bunları nəzərə alıb Zeynəbin maddəsini 234.1-1-ci maddəsinə tətbiq edətək onun azyaşlı övladının 14 yaşına çatana kimi cəzasının təxirə salınmasını xahiş edirik.
Zeynəb Əl-Nəimi hökm çıxararkən azyaşlı uşağının olmasını nəzərə almağı məhkəmədən xahiş edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.