28 dekabr Azərbaycanın respublika tabeli şəhəri – Yuxarı Qarabağın mərkəzi olan Xankəndinin işğal günüdür.
Xankəndi 28 dekabr 1991-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub və orada separatçı rejim yaradılıb. Məhz həmin tarixdə Xankəndindən sonuncu azərbaycanlı ailələr qovulub və 1989-cu ildən şəhərdə soydaşlarımıza qarşı aparılan etnik təmizləmə başa çatıb.
Yasəmən İsmayılova da Xankəndindən didərgin düşən soydaşlarımızdan biridir. O, 1988-1991-ci illərdə Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli məktəbdə fiziki tərbiyə müəllimi kimi çalışıb. O çətin zamanlarda yaşadıqlarını, gördüklərini isə Modern.az-a danışıb.