AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Alimlər siqaretin insan həyatına yeni təhlükələrini aşkar ediblər

  • + A
  • - A
  • 14-01-2020, 15:00

    Alimlər siqaretin insan həyatına yeni təhlükələrini aşkar ediblər


    İsrailli mütəxəssilərinin araşdırması nəticəsində bəlli olub ki, siqaret çəkənlər çəkməyənlərdən üç dəfə çox depressiyadan əziyyət çəkirlər.
    Qeyd edək ki, israilli alimlərdən də öncə müxtəlif ölkələrdə alimlər belə bir rəyə gəliblər. Alimlərin qənaətinə görə, siqaret çəkənlərdə təkcə depressiyadan başqa, eyni zamanda şizofreniya və həyəcanlılıq riski böyük olur. Alimlərin fikrincə, siqaretin tərkibindəki nikotin insanlarda psixi xəstəliklərin yaranmasına yardım edir.

    Siqaret təhlükəli adətdir

    Britaniyalı alimlərin firkincə, yaşlıların böyük bir qismi bu və ya digər formada ruhi pozğunluqdan əziyyət çəkir. Bununla belə psixi cəhətdən qeyri-stabil olan insanların da böyük əksəriyyəti daha çox siqaret çəkənlər və siqaret asılılığı olan insanlardır. Londonun Kral kollecinin alimlərinin 15 min siqaret çəkən və 237 min siqaret çəkməyən insan arasında apardığı araşdırma nəticəsində bəlli olub ki, siqaret çəkənlərin 57 faizində birinci dərəcəli psixioz vəziyyətin olduğunu müəyyən ediblər. Eyni zamanda siqaret, tabak çəkən insanlarda xəstəlik digərlərindən fərqli olaraq daha bir il öncə özünü biruzə verməyə başlayır. 40 yaşdan yuxarı siqaret çəkənlərin 20 faizi tez-tez depressiya və həyəcan keçirirlər.

    İsrailli alimlər Budapeşt və Priştinada həyata keçirdiyi araşdırma nəticəsində insanların fiziki və psixi sağlamlığında ciddi problemlərin ortaya çıxdığı bəlli olub. Belə ki, siqaret çəkənlərdə kliniki depressiyaya düşməsi digərlərindən 2-3 dəfə çoxdur.

    Bununla belə, siqaret çəkənlərdə ətrafdakıları ilə münasibətdə də problremlər yaşandığını müəyyən olunub. Nəticədə alimlər bi fikrə gəliblər ki, siqaret təkcə insanın fiziki sağlamlığına yox, həmçinin psixi sağlamlığına da ciddi təhlükə yaradır. Lakin bunun fizioloji təsiri bəlli deyil.
    Siqaret insanı necə dəli edir?

    Britaniyalı genetikləri siqaret çəkməklə psixi pozqunluq, daha çox şizofreniya və depressiya arasında əlaqəni müəyyən etməyə cəhd ediblər. Bununla əlaqədar olaraq genetiklər 500 min insanın sağlamlıq və həyat tərzi barədə məlumatlar toplayıblar. Bəlli olub ki, depressiya və şizofreniyanın artması uzunmüddətli siqaret çəkmək, axmaq adətlərdən uzaq qurtulmaq cəhdləridir. Nəticədə siqaret çəkənlərdə şizofreniya risqi 2,27 faiz çoxdur. Onlar ikidəfədən çox xroniki depressiyaya düşürlər.

    Alimlər hesab edir ki, nikotin insan beynindəki serotonin və dofamin neyromediatorları sərbəst buraxılmasına stimul yaratmaqla, oqranizmdə şizofreniya və depressiya yaranmasına şərait yaradır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR