AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xırdalanda avtomobili əzilən sürücü bıçaqlanıb

  • + A
  • - A
  • 27-01-2020, 10:17

    Xırdalanda avtomobili əzilən sürücü bıçaqlanıb


    Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

    APA xəbər verir ki, hadisə AFF Park yaşayış massivinin qarşısında baş verib. Belə ki, 1971-ci il təvəllüdlü Abuzərov Nurəddin Əmir oğlu idarə etdiyi "Mercedes" markalı avtomobili naməlum şəxs əzib.

    Buna etirazını bildirən N.Abuzərov həmin şəxs tərəfindən bıçaqlanıb. Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR