Paytaxtın Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Report”un məlumatına görə, 2001-ci il təvəllüdlü Mustafayev Anar Şəmsəddin oğlu mübahisə zəminində tanışı tərəfindən bıçaqlanıb.
Yaralı “təcili yardım”ın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona baldır nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.