AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Ölənlərdən biri mənim yaşadığım şəhərdəndir” – Çində təhsil alan azərbaycanlı tələbə DANIŞDI

  • + A
  • - A
  • 30-01-2020, 12:31

    “Ölənlərdən biri mənim yaşadığım şəhərdəndir” – Çində təhsil alan azərbaycanlı tələbə DANIŞDI


    “Bu virusla bağlı Çinin cənub ərazilərindəki şəhərlərə səyahət etdiyim vaxt eşitdim. Uhan şəhərində olan dostlarımdan eşitdiyimə görə, həmin şəhərdə heç bir nəqliyyat vasitəsi və iaşə obyekti işləmir. Şəhər tam karantinə olunub və şəhərə giriş-çıxış dayanıb”.

    Bu sözləri Çinin Zhengzhou şəhərinin Henan əyalətində magistratura təhsili alan Araş Paşayev Yenivaz.com-a müsahibəsində deyib. O bildirib ki, Çin höküməti koronavirusla bağlı evdən çıxmamağı tövsiyə edib.

    “Yaşadığım şəhər Pxenyan pravinsiyasına aiddir, orada 90 milyon əhali yaşayır. Henan şəhəri pravinsiyanın paytaxtıdır, 10 milyon əhaliyə sahibdir. Bu şəhəri virusun episentrindən cəmi 600 kilometr məsafə ayırır. Bu, Çin miqyasında böyük bir distansiya sayılmır. Məsafəyə baxmayaraq, onlayın sistemdə biz Uhan şəhərində cərəyan edən prosesləri izləyə bilirik. Şəhərdə 3 minə yaxın adamda bu virus tapılıb, indiyə qədər 200-ə yaxın insan ölüb. Bizim şəhər bu statistikada 4-cü yerdədir. Henan şəhərində cəmi 206 nəfər virusa yoluxub, cəmi 2 nəfəri vəfat edib. Onlar da yaşı 60-dan yuxarı olan insanlardır. Ölənlərdən biri mənim yaşadığım şəhərin sakinidir”.

    Həmsöhbətimiz əlavə edib ki, Uhan şəhərindən fərqli olaraq yaşadığı şəhərdə nəqliyyat sistemi və iaşə obyektləri əvvəlki kimi çalışır.

    “Ölənlərdən biri mənim yaşadığım şəhərdəndir” – Çində təhsil alan azərbaycanlı tələbə DANIŞDI


    “Şəhər heç bir blokadaya alınmayıb, amma əvvəlkinə nisbətən daha intensiv yoxlama tədbirləri həyata keçirilir. Təhsil aldığım Universitet tətildədir, amma virusa görə qeydiyyat tarixi təyin olunmayan müddətə uzadılıb. Burada bir çox yerdə temperaturu ölçən cihazlar qoyulub və problem baş verən vaxt müraciət etmək üçün əlavə qaynar xətlər fəaliyyətə başlayıb. Binaları, yaşayış obyektlərini daim dezinfeksiya edirlər. Afişa və səsli reklamlarla əhaliyə maska geyinmək, əlləri tez-tez yumaq, insanların toplaşdığı yerlərdən uzaq olmaq məsləhət görülür. Bəzi marketlərdə isə məhsul qıtlığı var və ərzaqlarda gözlə görüləcək dərəcədə bahalaşma hiss olunur. Maskaların da qiymətində artım var”.

    Araş Paşayevin sözlərinə görə, Azəbaycanın KİV-ləri bu virus barədə məlumatları qabardırlar.

    “Yayılan xəbərləri görəndə çox təəccübləndim. Bəzi KİV-də virusun yayıldığı şəhərdə insanları güllələdikləri qeyd olunub. Videolar yayılır və orada şəhərlərin bomboş olduğu göstərilir. Bir növ filmlərdə olduğu kimi təəssürat yaratmağa çalışırlar. Belə panikalar yaratmağa ehtiyac yoxdur. İndi Çində yeni il qeyd olunur. Bu faktor da var. Bayrama görə yollarda, küçələrdə insanlar azdır. İndiki vəziyyəti nəzərə alsaq bu virus dəhşətli dərəcədə qorxulu deyil. Sadəcə bəzi təhlükəsizlik tədbirləri görülsə və gigiyenik qaydalara əməl olunsa heç bir virusa yoluxma halı ehtimal olunmur” – deyə həmsöhbətimiz qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR