AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Oqtay Gülalıyevdən son xəbər

  • + A
  • - A
  • 4-02-2020, 12:00

    Oqtay Gülalıyevdən son xəbər


    Oqtay Gülalıyevin son dördüncü əməliyyatdan sonra durumu nisbətən yaxşıdır. Hər iki gözünü açır. Ancaq təəssüf ki, reaksiyaları tam deyil.

    Bu sözləri Axar.az-a ötən il avtomobil qəzası keçirərək komaya düşən hüquq müdafiəçisi Oqtay Gülalıyevin ailəvi dostu jurnalist-yazar Zümrüd Yağmur deyib.

    O bildirib ki, həkimlər Oqtay bəyin durumu ilə bağlı hələ də konkret olaraq bir söz demir:

    “Sonuncu dəfə Oqtay bəyin həyat yoldaşı Firuzə xanımla danışmışam. Firuzə xanım bildirdi ki, gözlərində hələ heç bir reaksiya yoxdur. Gözlərini açsa da, ancaq bir istiqamətə baxır. Qarşısında, yanında gəzən adamı gözləri ilə izləmir. Onu çağıranda hələ reaksiya vermir. Ancaq yanına kimsə gələndə onu hiss edir. Yəni üzündən, cizgilərindən hiss olunur ki, sevinir kimisə görəndə”.

    Xatırladaq ki, hüquq müdafiəçisi Oqtay Gülalıyev 2019-cu il 29 oktyabr tarixində piyada keçidindən yolu keçərkən taksi xidməti göstərən avtomobil tərəfindən vurulub. Hazırda İstanbulun “Amerikan” xəstəxanasında müalicə alır.

    Onun müalicə xərclərini Heydər Əliyev Fondu üzərinə götürüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR