AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aeroport yolunda daha bir “Gelandewagen” olayı

  • + A
  • - A
  • 14-08-2017, 11:09

    Aeroport yolunda daha bir “Gelandewagen” olayı













    Mütəxəssislər ondan daha bahalı və prestijli avtomobillər olduğu halda niyə məhz “Gelandewagen”in avtoxuliqanlıq üçün əsas seçim olmasını izah etməkdə çətinlik çəkirlər

    “Gelandewagen”lə törədilmiş avtoxuliqanlıq, ağır nəticələnən qəzalar təkcə Azərbaycan üçün xarakterik deyil. Keçmiş sovet ölkələrinin əksəriyyətində bir az pulu, maddi imkanları olan hər kəs “Gelandewagen”lə şou göstərməyi həyatının vacib bir hissəsinə çevirir. Bu sırada korrupsioner məmur balalarından tutmuş tanınmış şou-biznes ulduzlarına qədər hər kəs var. Bu yaxınlarda Azərbaycanda böyük rezonans doğuran, iki nəfərin ölümü, iki nəfərinsə ağır yaralanması ilə nəticələnən, Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin törətdiyi “Gelandewagen” qəzası ölkəmizdə bu məşhur alman markası olan avtomobillərlə bağlı həssaslığı artırıb. Əslində “Gelandewagen” markasına həssaslıq yaxın xaricdə də mövcuddur. Bu dəfə “Gelandewagen”lə bağlı gündəmə məşhur rusiyalı tatar əsilli reper Timati gəlib.

    Sosial şəbəkədə Moskvanın Şeremetyevo aeroportu ərazisində avtoxuluqanlıq edən iki qara “Gelandewagen”lə bağlı video yayımlanıb.

    Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, kadrlarda avtomobillər səkilərlə şütüyür və bir neçə piyadalar üçün nəzərdə tutulmuş ərazidən keçid üçün istifadə edirlər.

    Sosial şəbəkə istifadəçiləri şərhlərdə sözügedən avtomobillərin məşhur reper Timatiyə mənsub olduğunu bildiriblər.

    Bəziləri qeyd ediblər ki, həmin xarici avtomobillər Black Star Mafia layihəsinin iştirakçılarından birinə məxsus ola bilər. Amma majorka_777 adlı istifadəçi yazıb: “Onun bütün maşınlarının nömrələrini bilirəm”. Majorka videodakı maşınların Timatiyə məxsus olduğunu təsdiqləyib.

    Bir müddət əvvəl isə bloqger Nikolay Sobolyevin “Gelandewagen”lə Peterburqdakı Saray meydanının qapalı hissəsində peyda olması geniş rezonans doğurmuşdu.

    Mütəxəssislər ondan daha bahalı və prestijli avtomobillər olduğu halda niyə məhz “Gelandewagen”in avtoxuliqanlıq üçün əsas seçim olmasını izah etməkdə çətinlik çəkirlər. Bəziləri hesab edir ki, “Gelandewagen” nisbətən dözümlü və keyfiyyətli marka avtomobil olduğundan, eyni zamanda təhlükəsizlik baxımından da daha etibarlı olduğundan, zəngin avtoşlar məhz onunla şuluqluq etməyə üstünlük verirlər. (sputnik)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR