Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan Zaqatala şəhər sakini Ömər Aşdıyevə ev şəraitində müalicə təyin edilib və sanitar-karantin qaydalarına riayət etməsi tapşırılıb. Lakin o, qaydaları kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. Mağazada aşkarlanan Ö.Aşdıyev polis əməkdaşları tərəfindən evinə geri qaytarılıb.
Həmin şəxs barəsində Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.