Hörmüz boğazının yenidən açılması ilə bağlı aparılan danışıqlarda irəliləyiş əldə olunub, lakin hələlik yekun razılıq əldə edilməyib.
Bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
Rubionun sözlərinə görə, İranla danışıqlar davam edir və Vaşinqton yekun razılaşmanın yaxın vaxtlarda əldə olunacağına ümid edir.
ABŞ dövlət katibi qeyd edib ki, hazırda Hörmüz boğazından gəmilərin hərəkəti davam edir.
"Boğazdan gəmilər keçir. Hazırda neft daşımaları da həyata keçirilir. Hörmüz boğazı açıqdır", - Rubio əlavə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.