AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Dustaqlara çörəyi, suyu, evdən gələn sovqatı da pulla verirlər” – Xidmət rəhbərliyinə ittihamlar

  • + A
  • - A
  • 31-10-2017, 13:31

    “Dustaqlara çörəyi, suyu, evdən gələn sovqatı da pulla verirlər” – Xidmət rəhbərliyinə ittihamlar













    "Görün, vəziyyət nə yerdədir ki, 3-4 dustağı bir yerdən başqa yerə aparıb çıxara bilmirlər. Hələ üstəlik qadın müğənni Fədayə Laçın da onlara yardım edibmiş. Bütün bunlar biabırçılıqdır”.

    Bu fikirləri mia.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev səsləndirib. Onun sözlərinə görə, baş verənlər Penitensiar Xidmətdə vəziyyətin bərbad olduğunu göstərir:

    "Bir neçə işçini çıxardılar, amma türmələrin başında duran general vəzifədə qalır. O generaldan soruşan yoxdur ki, sənin qohumun avtoritetlərin qaçmasına şərait yaradır, sən necə vəzifədə qalırsan? Mən özüm həbsxanada olmuşam və yaxşı bilirəm. Türmələrdə olan özbaşınalıq heç yerdə yoxdur. Həbsxanada dustaqlara çörəyi də, suyu da, evdən gələn sovqatı da pulla verirlər. Hətta pulunu verib ən pozğun hərəkətlərə belə şərait yaradırlar”.

    Partiya sədri onu da deyib ki, bu cür məmurlar Azərbaycanın imicinə zərbə vurular:
    "Bizim də içimizdə o qədər satqın var ki. Danışırlar ki, ölkədə boşluq var. Bax, bu boşluqdan istifadə edib digər sahələrdən də zərbələr vura bilərlər. Bu gün Penitensiar Xidmətdəki bərbad vəziyyət ortaya çıxdı. Düşünürəm ki, hörmətli nazir Fikrət Məmmədov tədbir görməlidir. Məsuliyyəti olan, cavabdehlik daşıyan yüksək rütbəli məmurlar da işdən çıxarılmalı, özlərinə də cinayət işi açılmalıdır”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR