"Qoca" sağ ələ keçirildi: Atışma olub, ölən var — YENİLƏNİB
akının Qaradağ rayonunda silahlı insident baş verib.
"Ölkə.Az" Report-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə "Qoca” ləqəbli Etibar Məmmədovun yaxalanması əməliyyatı zamanı bir qrup silahlı şəxs arasında atışma olub.
Silahlı şəxslərin bir neçə gün bundan əvvəl Biləcəri dəmiryol stansiyasından qaçan məhbus, "Qoca” ləqəbli Etibar Məmmədovun cinayət ortaqları olduğu bildirilir. E. Məmmədov hüquq-mühafizə orqanların əməkdaşlarının keçirdiyi əməliyyat zamanı həbs olunub.
Hadisə zamanı iki nəfər xəsarət alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Xəsarət alanlardan biri 1988-ci il təvəllüdlü Əsgərov Anar Azər oğludur. O, "Qoca"nı yük avtomobili ilə qaçırırmış. Digər yaralı isə 1993-cü il təvəllüdlü Bəyəlizadə Şahmar Şamil oğludur. O, üz nahiyəsindən xəsarət alıb.
Ş. Bəyəlizadənin "Qoca" ləqəbli E.Məmmədova kömək edən yük avtomobili sürücüsünün köməkçisi olduğu bildirilir.
Hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, E.Məmmədov özü də ağır xəsarət alıb.
Silahlı insident zamanı daha iki nəfərin öldüyü bildirilir.
***
Oktyabrın 23-də Bakıya etap edilən zaman Biləcəri dəmiryol stansiyasında qaçan kriminal avtoritetin ikincisi nəhayət ki, həbs edilib.
"Ölkə.Az" xəbər verir ki, bu barədə "qafqazinfo" saytı iddia edir.
Sayt qeyd edir ki, bu dəqiqələrdə hüquq-mühafizə orqanlarının Qaradağ rayonu ərazisində həyata keçirdiyi əməliyyat zamanı “Qoca” ləqəbli Etibar Məmmədov həbs edilib.
Məlumata görə, “vorzakon”un saxlanılması üçün keçirilən əməliyyat zamanı atışma da baş verib. Onun yanında olan şəxslərdən birinin öldürüldüyü haqda məlumatlar var. "Qoca" isə sağ olaraq ələ keçirilib. Hadisə ilə bağlı məlumat gec gəldiyi üçün rəsmi qurumlardan münasibət öyrənə bilmədik.
Qeyd edək ki, bu hadisə baş verdiyi gündən Azərbaycan mətbuatının gündəmindən düşmür.