AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda qəza: 3 nəfər öldü

  • + A
  • - A
  • 2-11-2017, 10:59

    Bakıda qəza: 3 nəfər öldü














    Bakıda ölümlə nəticələnən yol qəzaları baş verib.

    Xəzər rayonu Şağan qəsəbəsi ərazisində Elşən Cəbrayılov idarə etdiyi "VAZ 21011" markalı avtomobillə 1997-ci il təvəllüdlü Ceyhun Qəribovu vurub. Ağır xəsarət alan 20 yaşlı oğlan hadisə yerində ölüb. Hadisəni törədən E.Cəbrayılov avtomobili hadisə yerindən qaçıb.

    Oxşar hadisə Nizami rayonunda da baş verib. "Neftçilər" dairəsi yaxınlığında Kamran Mikayılov idarə etdiyi "Mercedes" markalı avtomobillə 45-50 yaşlı kişini vurub. Sürücü ağır xəsarət alan piyadanı özü xəstəxanaya çatdırıb. Lakin həmin şəxsin həyatını xilas etmək mümkün olmayıb.

    Bundan başqa, Nərimanov rayonunda da şəxsiyyəti məlum olmayan piyada yol qəzasının qurbanı olub. 1993-cü il təvəllüdlü Pərvin Qocayev"BYD" markalı avtomobillə orta yaşlı qadını vurub. Piyada hadisə yerində vəfat edib.

    Hər üç faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

    ///Lent.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR