AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Kənd yerlərinin dayanıqlı inkişafında kənd turizminin rolu” mövzusunda təlim keçirilib - FOTOLAR

  • + A
  • - A
  • Bu gün, 10:18

    “Kənd yerlərinin dayanıqlı inkişafında kənd turizminin rolu” mövzusunda təlim keçirilib - FOTOLAR

    5 avqust 2025-ci il tarixdə Qusar rayonunun Həsənqala kəndində Cəmiyyətin Davamlı İnkişafına Yardım İctimai Birliyi tərəfindən “Kənd yerlərinin dayanıqlı inkişafında kənd turizminin rolu” mövzusunda təlim keçirilib.

    Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, tədbir Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra edilən “Kənd yerlərinin dayanıqlı inkişafında kənd turizminin rolu mövzusunda maarifəndirmə işinin təşkili” “layihəsi çərçivəsində təşkil edilib. Təlimin məqsədi yerli sakinləri qeyri-ənənəvi turizm fəaliyyətləri, kənd yerlərinin dayanıqlı inkişafında kənd turizminin rolu barədə məlumatlandırmaq, Həsənqala kəndində turizm fəaliyyətləri, qonaqlara göstərilən xidmətlər, bu sahədə çətinliklər və perspektivlərlə bağlı müzakirə aparmaq idi.

    Təlimdə Qusar rayonu Həsənqala kənd sakinləri, o cümlədən turizmlə məşğul olan sahibkarlar, həmçinin kənd ziyalıları iştirak ediblər.

    Təlimin rəsmi hissəsində layihənin rəhbəri Fərrux Əsgərov və təlimçi Sədaqət Qəmbərova çıxış etdilər, layihənin məqsədi, kənd turizmi və dayanıqlı inkişaf anlayışları, kənd turizminin yerli iqtisadiyyatda rolu haqqında danışdılar.

    Rəsmi çıxışlardan sonra müzakirələr aparıldı. Müzakirələr zamanı qeyd olundu ki, Qusar rayonu geniş turizm imkanlarına malikdir və ölkənin ən çox turist qəbul edən bölgələrindən biridir. Həsənqala kəndinin qədim tarixi var. Bundan başqa kəndin təbiəti və qarlı qışı il boyu turizmin inkişafı üçün imkanlar yaradır. Kənd ərazisində göl var və balıqçılıq turizminin inkişaf etdirilməsi bu kəndə yerli və xarici turistlərin cəlb edilməsində əhəmiyyətli rol oynaya bilər.

    Iştirakçılar həm də bildirdilər ki, turizmin inkişafı üçün müvafiq infrastruktur var, o cümlədən yol inrastrukturu, kəndin elektrik enerjisi və qazla təminatı yaxşı səviyyədədir. Kənddə klub, kitabxana, tibb məntəqəsi fəaliyyət göstərir. Kəndin torpaq və iqlim şəraiti ekoloji təmiz məhsul, o cümlədən meyvə, tərəvəz və bostan bitkilərinin yetişdirilməsi üçün əlverişlidir və bu da turistlərin cəlb edilməsi üçün fürsətdir.

    Bununla belə rayonun digər əraziləri ilə müqayisədə kənddə turizm fəaliyyətləri o qədər də geniş inkişaf etməyib. Müzakirələrin nəticələrini ümumiləşdirsək, burada marketinq fəaliyyətinin zəif olması, turistlərə təqdim edilən xidmət çeşidinin məhdudluğu, icma əsaslı fəaliyyətlərin olmaması, ümumilikdə kənd turizminin təşkili sahəsində müvafiq bilik və bacarıqların olmamasını turizmin inkişafında əsas maneələr kimi qeyd etmək olar.

    Fotolar


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR