AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Regionda təhlükəsiz virtual mühitə dair ictimai müzakirələr davam edir - FOTOLAR

  • + A
  • - A
  • Bu gün, 17:09

    Regionda təhlükəsiz virtual mühitə dair ictimai müzakirələr davam edir - FOTOLAR

    Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi ictimai birliyi “Mənim təhlükəsiz virtual məkanım” layihəsi çərçivəsində regionda ictimai dinləmə tədbirlərini davam etdirir.

    Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 2025-ci il avqustun 6-da Quba rayonunda “Mənim təhlükəsiz virtual məkanım” layihəsi çərçivəsində ictimai dinləmə tədbiri həyata keçirdi. Tədbirdə hüquq mühafizə, prokurorluq, məhkəmə, probasiya xidməti, əmək müfətişliyi, Gənclər və idman regional idarəsi, Regional məşğulluq xidməti, Quba 1 saylı mediasiya mərkəzi, təhsil, sahiyyə, sosial xidmətlər, mədəniyyət, bələdiyyə və ictimaiyyətin digər nümayəndləri iştirak etmişdir. Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi ictimai birliyinin sədri məlumat verərək bildirmişdir ki, layihədə qaldırılan problemlər ümumilikdə bütün cəmiyyəti narahat edən və getdikcə nəzarətdən çıxan bir sıra münasibətləri əhatə edir. Əsasən insan alveri cinayəti, uşaq əməyinin istismarı, erkən nigahlar və qeyri ənənvi cinsi münasibətlərin sosial şəbəklərədə təşviqi ciddi narahatçılığa səbəb olduğu xüsusi vurğulanmışdır. Mövzu ətrafında müzakirələr aparılmış, tövsiyə və təkliflər irəli sürülmüşdür. Tədbir iştirakçıların interaktiv fəallığı ilə baş tutumuşdur. Tədbirdə 27 nəfər iştirak etmişdir.

    Təklif olaraq, sosial şəbəkələrə xüsusi filterlərin tətbiqi, sosial cəhətdən zəif olan ailə və fərdlərin daha çevik olaraq xidmətə cəlb edilməsi, təhsil ocaqlarında bu mövzuda maarifləndirmə tədbirlərinin çoxaldılması kimi təkliflər irəli sürüldü.

    Fotolar





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR